Ümid Zənciri aksiyası keçirilir

“Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi valideynlər ilə birgə aprel ayı ərzində Umid Zənciri aksiyasında iştirak ediblər.

Sosial şəbəkələrdə “Ümidlə yaşayıram” adı altında şəkillər paylaşıblar.

Sizləri də bu aksiyaya qoşulmağa çağırırıq.

Biz “Ümidlə yaşayıram” deyərək fotolarımızı paylaşdıq.

Çünki biz varıq. Biz yaşayırıq. Və biz görünmək istəyirik.

Amma bir həqiqət var:

Kistik fibroz gözləmir.

Dərman gecikəndə… həyat da gecikir.

Bu aksiya sadəcə bir paylaşım deyil.

Bu bir çağırışdır.

📍 Müalicəyə davamlı çıxış istəyirik

📍 Dərman çatışmazlığına son qoyulmasını istəyirik

📍 Hər xəstənin yaşamaq haqqının qorunmasını istəyirik

Ümidlə yaşayırıq… amma bu ümid tək qalmasın.

Leave feedback about this

  • Rating
X