25 aprel 2026-cı il tarixində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin illik hesabat yığıncağı birliyin idarəedici orqanı olan idarə heyətinin üzvləri , birliyin üzvləri və kistoz fibrozla yaşayan pasiyentlər və ailələrinin iştirakı ilə kecirildi.
Yığıncağı açılış sözüylə birliyin rəhbəri Səadət Bayramova açmışdır,yetərsay olduğu üçün,səsvermə yolu ilə yığıncağa Gülçin Nəsibova katib seçilmişdir.
KİFYİBin rəhbəri Səadət Bayramova birliyin yarandığı gündən ,bu günə qədər keçmiş olduğu yolu slaytlarla ətraflı təqdimat edərək, birlik üzvləri qarşısında hesabat çıxışı etmişdir.
Gündəlikdə yer alan digər məsələ isə, Kifyib-in regional numayəndə -koordinatorların seçilməsi və onların təqdim olunması mərasimi idi:
Humay Həsənova -Neftçala-Sabirabad inzibati ərazisi üzrə nümayəndə-koordinator seçilmişdir.
Mənzilə Rəhimova- Cəlilabad -Masallı inzibati ərazisi üzrə nümayəndə-koordinator seçilmişdir.
Sona Hüseynova – Naxçıvan MR üzrə regional nümayəndə-koordinator seçilmişdir.
Yığıncaqda üzvlərin hər birinə ,rəy və təkliflərini ifadə imkanı üçün şərait yaradılmışdır.
Birlik üzvləri ələxsus KF valideynləri birlik tərəfindən, övladlarına göstərilən qayğıdan minnətdarlıqla danişdılar , həmçinin ehtiyaclara diqqət çəkdilər: dərman təminatında yaranan fasilələrin olması ,vitamin mineral kompleksinin hələ də təminatda olmamasına narahatçılıqlarını bildirdilər.Yeni nəsil dərmanların-modulyatorlara çıxışın olmaması da gündəmdə yer alan məsələlərdən idi.
Saat 12:00-dan 16:00-dək davam edən tədbir ,Kistoz fibroz sahəsində fəaliyyətin qiymətləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Toplantının əsas gündəliyini Birliyin ötən illər ərzində keçdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər, həyata keçirilmiş layihələr və qarşıda duran prioritet məqsədlər təşkil etmişdir. Çıxışlar zamanı Kistoz fibroz sahəsində əldə olunan irəliləyişlər, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər və bu sahədə mövcud çağırışlar geniş müzakirə olunmuşdur.


















Leave feedback about this