Dünya Ağciyər Sağlamlığı Günü münasibətilə Beynəlxalq Elmi-Praktiki Konfrans baş tutub

10 oktyabr – Dünya Ağciyər Sağlamlığı Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmi-Praktiki Konfrans baş tutub, KIFYIB-in rəhbəri Səadət Bayramova konfransda iştirak edib.

Konfransda pulmonologiya və ftiziatriya sahələrində müasir elmi-klinik yanaşmalar, ağciyər xəstəliklərinin erkən aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası müzakirə olunub.

Tədbirdə yerli və xarici mütəxəssislər – pulmonoloqlar, ftiziatrlar, torakal cərrahlar, digər ixtisas həkimləri və laboratoriya mütəxəssisləri iştirak ediblər.

Konfrans ağciyər sağlamlığının qorunması, müasir elmi biliklərin paylaşılması və beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma olub.

Leave feedback about this

  • Rating
X