12 Mart – Azərbaycanda Kistoz Fibroz Günüdür

Bu gün ölkəmizdə Kistoz Fibroz xəstəliyi ilə yaşayan insanlara diqqəti artırmaq, onların problemlərini və ehtiyaclarını cəmiyyətə çatdırmaq üçün qeyd olunur. Kistoz fibroz genetik xəstəlikdir və əsasən ağciyərlər və həzm sistemini zədələyir.
Bu xəstəliklə yaşayan insanlar hər gün uzun və çətin müalicə prosesi ilə mübarizə aparırlar. Onların sağlam və keyfiyyətli həyat sürməsi üçün vaxtında diaqnostika, müasir müalicə və cəmiyyətin dəstəyi çox vacibdir. Biz inanırıq ki, birlikdə çalışaraq xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və müasir müalicələrə çıxışı təmin etmək mümkündür.

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi olaraq məqsədimiz:
• xəstələrin hüquqlarını müdafiə etmək
• müasir müalicəyə çıxışı artırmaq
• cəmiyyətdə məlumatlılığı yüksəltmək
• ailələrə dəstək olmaqdır
Bu gün kistoz fibroz haqqında məlumat paylaşaraq daha çox insanın bu xəstəlik barədə xəbərdar olmasına kömək edə bilərsiniz.

X