İctimai müzakirə interaktiv keçirildi ,iştirakçılar mövzuya dair öz mövqelərini əsaslandıraraq təkliflər səsləndirdilər.
İctimai muzakirədə KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi sədri Səadət Bayramova da iştirak edib.
S.Bayramovanin irəli sürdüyü təkliflər :
“Mən hesab edirəm ki, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız texnologiya məsələsi deyil, həm də ailə, təhsil, sağlamlıq və cəmiyyət məsələsidir. Buna görə dövlət qurumları, məktəblər, QHT-lər və valideynlər birgə fəaliyyət göstərməli, uşaqlarımızın həm real, həm də rəqəmsal dünyada təhlükəsiz böyüməsi üçün vahid fəaliyyət planı hazırlanmalıdır.Bu mövzu dərsliklərə salınmalı tədris olunmalıdır ,uşaqlar və ailələri psixoloji təlimlərə cəlb olunmalıdır.
Ən əsası isə sağlıq imkanı məhdud uşaqlar əlilliyi olan səxslər və ya uzunmüddətli müalicə alan uşaqlar internetdə daha çox vaxt keçirdikləri üçün onların rəqəmsal təhlükəsizliyi ilə bağlı ayrıca proqramlar hazırlanmalıdır.”



Leave feedback about this