1 İyul 2025-dən etibarən “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.
Bu layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə ilə həyata keçirilir. @ngoagency.gov.az təşəkkür edirik.
Layihə çərçivəsində Kistoz fibroz xəstəliyinə dair maarifləndirici ” Kistoz Fibroza Dair “kitabı nəşr olunacaq. Bu bir ilkdir.
Bu kitab: Tibbi personal üçün əyani məlumat mənbəyi olacaq. Kistoz fibrozun müasir diaqnostikası, müalicə protokolları, müayinə metodları barədə ən son bilgiləri əhatə edəcək. Həkimlərin əl altında istifadəyə hazır olacaq peşəkar və praktik bir vəsait olacaq. Layihə Bakı və Gəncə şəhərlərini əhatə edəcək .
Məqsədimiz – bu nadir, lakin vacib xəstəlik haqqında maariflənməni artırmaq, tibb işçilərinə dəstək olmaq və xəstələrin həyat keyfiyyətini yüksəltməkdir. Daima KF-ın mənafeyi naminə yeniliklərə imza atan , fərqli layihələr həyata keçirən “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinə ,həmçinin “Kistoz Fibroza Dair” elmi kitabın müəllifləri olan həkimlərimizə uğurlar arzulayırıq
Bir addım da sən at – tanı, paylaş, dəstək ol!
