“Sən də gəl, sən də tanı” layihəsinin yekun təqdimatı və Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin 8 illik yubileyi

29 sentyabr 2025-ci il tarixində “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi (KİFYİB) xüsusi bir mərasimə ev sahibliyi edəcək. Tədbir çərçivəsində həm “Sən də gəl, sən də tanı” layihəsinin yekun mərhələsi olaraq “Kistik Fibroza Dair” kitabının təqdimatı, həm də Birliyin 8 illik yubileyi qeyd olunacaq.

Kistoz fibroz xəstəliyinin tanıdılması,bu xəstəliklə yaşayan insanlara və onların ailələrinə dəstək göstərmək məqsədilə yaradılmış KİFYİB, 8 il ərzində maarifləndirmə, hüquqi və sosial dəstək, eləcə də tibbi istiqamətdə çoxsaylı fəaliyyətlər həyata keçirib. Bu illər sadəcə rəqəm deyil – onlar, onlarla ailənin ümidinə çevrilmiş dəstəyin, yüzlərlə insanın maariflənməsinin, həkimlər və pasiyentlər arasında qurulan körpülərin göstəricisidir.

“Sən də gəl, sən də tanı” layihəsi də məhz bu missiyanın davamı olaraq həyata keçirilib. Layihənin ən mühüm nəticəsi isə elmi-tibbi əsaslarla hazırlanmış “Kistik Fibroza Dair” kitabıdır. Kitab həkimlər, tibb personalı və pasiyentlər üçün dəyərli məlumat mənbəyi olmaqla yanaşı, ölkəmizdə bu sahədə ilk belə elmi nəşrlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

KİFYİB üçün bu tədbir yalnız bir layihənin sonu deyil, həm də yeni başlanğıcların təməlidir. Çünki görüləsi işlər çox, atılacaq addımlar isə daha böyükdür. Birliyin 8 illik fəaliyyəti göstərir ki, birlikdə olduğumuz müddətcə hər bir çətinlik aşılır, hər bir ümid reallığa çevrilə bilər.

Tədbirin tarixi və yeri:

29 sentyabr 2025-ci il

9:30-12:00

Yeni Klinika

X