29.09.2025 tarixində “Sən də gəl, sən də tanı” layihəmiz çərçivəsində ərsəyə gəlmiş “Kistoz Fibroza Dair” elmi-tibbi kitabının təqdimat mərasimi və KIFYIB – Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin 8 illik yubiley mərasimi eyni günə təsadüf etdi.
Layihəmizin müddəti başa çatsa da, bu xüsusi tədbiri layihəmizə əlavə etdik. Qeyd etmək lazımdır ki, kitab çox böyük maraqla qarşılandı – elə ki, birliyimizdə bir nüsxə belə qalmadı.
Tədbirdə KIFYIB sədri Səadət Bayramovanın çıxışını sizinlə paylaşmaq istəyirik.