Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.

“Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova,TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda iştirak edib.

Səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilirdeyə qeyd etmişdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-da daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib: “Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji (o cümlədən qeysəriyyə), LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi 350 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 70-dir.

Günay Muradova bildirib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub.

Sonda sual cavab sessiyası ilə mediatur başa çatıb.

X