Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu təşkil ediləcək

21 dekabr 2023-cü il tarixində Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu təşkil ediləcək.

Pasiyet Təşkilatlarının III Respublika Forumu dövlət səhiyyə qurumlarını, Millət vəkilləri, həkimlər, media nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və ən əsası müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərlə birgə keçiriləcək.

Beləliklə, Pasiyent Təşkilatlarının III Respublika Forumunda “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyininin sədri Səadət Bayramova

“KIFYIB 6 İL -Dövlət səhiyyə qurumları ilə əməkdaşlığın nəticəsi , nailiyyətlər və mövcud problemlərin həllinə doğru” və

Yeni klinika Tibb Mərkəzinin pediatriya şöbəsinin müdiri Dr. Quliyev Əkbər

“Kistoz Fibroz xəstəliyində vacib məgamlar” mövzusunda çıxış edəcəklər.

X