15.11.2023-cü il tarixində Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyəti nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmus “Müasir tibbdə Kistoz Fibroz: Standart müalicədən modulyator müalicəsinə doğru” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransda KIFYIBin 6 illik fəaliyyəti ilə əlaqədar təşkilatın sədri Səadət Bayramova hesabat xarakterli təqdimat etmişdir.
Konfransda tibbin müxtəlif sahələrində ixtisaslaşmış yerli və xarici mütəxəssislər Kistoz fibroz xəstələrinin müalicəsində müasir yanaşmaya, eyni zamanda bu xəstələrin fiziki sağlamlığı ilə yanaşı ruhi sağlamlığının da diqqət alınmasına dair maraqlı təqdimatlarla çıxış etmişdir.
Məruzəçi həkimlərə təşəkkür edirik:
Dr Erkin Rahimov
Dr. Emil Nuriyev
Dr.Anar Tağıyev
Dr. Hasan Hasanzade
Dr.Orxan İsgenderov


















