15.11.2023 tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasınin 100 illiyinə həsr olunmuş , Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyəti nin təşkilatı dəstəyilə “Müasir tibbdə Kistoz Fibroz-Standart müalicədən modulyator müalicəsinə doğru” adlanan dəyirmi masa keçirildi.
Dəyirmi masada dövlət qurumları ,Türkiyədən dəvət olunmuş həkimlər və vct nümayəndələrinin iştirakı ilə Kistoz Fibroz xəstəliyi ,müalicəsi ,ölkəmizdə və dünyada xəstələrin mövcud vəziyyəti haqqında geniş məlumatlandırma və KIFYIBin altı (6) illik fəaliyyəti haqqında təqdimatlar , KF xəstələri və onların valideynləri tərəfindən hazırlanmış video müraciət təqdim olundu .
Son bir saatda isə geniş müzakirəyə yer verildi .Ölkəmizdə KF xəstələrinin dərman təminatının davamlılığı həmçinin bölgələrdə yaşayan pasiyentlərin mərkəz Bakıya hər ay dərmanlara görə davamlı gələ bilməmə problemi ,bölgələrimizdə mütəxəssis həkimlərin çatişmamazlıği vəs kimi məsələlər ətrafında geniş müzakirələr olundu.
Dəyirmi masada iştirak edən hər kəsə təşəkkür edirik.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ
KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi
Azərbaycan Pediatriya Cəmiyyəti
Pasiyent Təşkilatları İttifaqı
























