“Kistoz Fibroz Ailə Məktəbi” çərçivəsində yeni təlim keçirildi.

16 may 2025-ci il tarixində “Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi”nin təşkilatçılığı ilə “Kistoz Fibroz Ailə Məktəbi” çərçivəsində Kistoz Fibroz (KF) xəstəliyi ilə yaşayan ailələr üçün növbəti maarifləndirici təlim uğurla keçirildi. Tədbir Azərbaycan Milli QHT Forumunun ofisində – World Business Centerdə baş tutdu.

Tədbirin moderatoru – Səadət Bayramova giriş nitqi ilə çıxış edərək ailələrin maarifləndirilməsinin xəstəliklə mübarizədə ailə məktəbinin mühüm rol oynadığını vurğuladı. O, bu cür görüşlərin həm pasiyentlərin həyat keyfiyyətini artırdığını, həm də ailələrin psixoloji və praktiki baxımdan dəstəkləndiyini qeyd etdi.

Təlimdə təqdimatla çıxış edən həkimlər:

Dr. Nigar Bayramova – çıxışında Kistik Fibrozun tibbi aspektlərinə, o cümlədən diaqnostik meyarlara, genetik əsaslarına, erkən diaqnozun əhəmiyyətinə və müalicə strategiyalarına geniş yer verdi. O, xəstəliyin müasir dünyada necə izlənməsi və nəzarətdə saxlanması ilə bağlı aktual elmi məlumatlar paylaşdı. Həmçinin valideynlərin tez-tez qarşılaşdığı sualları cavablandırdı və müasir yanaşmaların faydalarını izah etdi .

Təşəkkür edirik Dr. @uzmanpediatr_nigarbayramova

Dr. Sənubər İsmayılova – təqdimatında KF xəstələrinin gündəlik qayğısı, düzgün qidalanma, fizioterapiya və dərman qəbulu rejimi mövzularına toxundu. O, hər bir ailənin praktik olaraq həyata keçirə biləcəyi nümunələrlə çıxış etdi. Eyni zamanda, uşaqlarda immunitetin gücləndirilməsi, infeksiyalardan qorunma yolları və psixoloji dəstəyin əhəmiyyətini xüsusi qeyd etdi.

Təşəkkür edirik Dr.@uzman.dr.sanubar

Təlim interaktiv formatda keçmiş, iştirakçılar təqdimatlardan sonra suallar vermək, öz təcrübələrini bölüşmək və mütəxəssislərdən birbaşa məsləhət almaq imkanı qazanmışlar. Ailələrin fəallığı və sualların müxtəlifliyi tədbirin nə qədər faydalı və ehtiyacdan doğan olduğunu bir daha təsdiqlədi.

X