Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi 2017 çi il Sentyabr ayında təsis olunub.Xəstə ailələri və könüllülər tərəfindən yaradılmış ictimai birliyin əsas məqsədi kistoz fibroz xəstəliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına, kistoz fibroz xəstəliyindən əziyyət çəkən insanlara kömək etməkdən ibarətdir.
Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyinin sədri Səadət Bayramova birliyin 4 illiyi ilə əlaqədar bunları söyləmişdir:
“Yaradılışının məram və məqsədini göz önünə alaraq Kifyib daima kistoz fibrozlu insanların sağlam yaşamaları uğrunda mübarizə aparır.
Fəaliyyətimizin əsas hissəsi Kistoz fibrozun Azərbaycanda istər tibb personalı istərsə də sadə insanlar tərəfindən tanınmasına ,maariflənmənin, fərqindəliyin artırılmasına nail olmaqdır, bu istiqamətlərdə çalışmalarımız heç dayanmadan davam etməkdədir. Bir çox təlim layihələrimizi ,maarifləndirici vebinarlarımızı ,Kistoz fibroz Ailə Məktəbinin toplantılarını pandemiya dövründə onlayn formada davam etdiririk.
Kifyib vətəndaş cəmiyyəti arasında müxtəlif platformalarda da çıxış edərək kistoz fibroz xəstəliyi, mövcud problemlər və həlli yollarını dilə gətirərək onun perioritet məsələ olmasına çalışır. Poliklinikalarda keçirdiyimiz monitorinqlər xəstələrin aşkarlanmasına təkan vermişdir ,ümid edirəm yaxın zamanda covid pandemiyası bitəcəkdir və biz regionlarımızda monitorinqlərimizə ,maarifləndirici seminarlarımıza davam edəcəyik.
4 ildir könüllü şəkildə KİFYİB lə birlikdə addımlayan bütün işlərdə yaxından dəstəyini hiss etdirən bütün ailələrimizə ,üzvlərimizə , könüllülərimizə çox təşəkkür edirik ,yaxşıki varsınız.
Kifyibə xoş arzularımız sonsuzdur ,güclü şəkildə ayaqda durmağı , kistoz fibrozlu balalarımızın sağlam keyfiyyətli ömür yaşamaları uğrunda çalışmaları davam etdirməyi və məqsədlərinə çatmağı çox uzun ömürlü olmağı diləyirəm”.
KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyinin sədri :Seadet Bayramova

