KIFYIB sədri Səadət Bayramova və pediatr Afaq Səfərova 06 oktyabr 2021-ci tarixində İctimai televizayanın “Saqlam yaşamaq” proqramının qonağı oldular.

KIFYIB sədri Səadət Bayramova və pediatr Afaq Səfərova  06 oktyabr 2021-ci  tarixində İctimai televizayanın “Saqlam yaşamaq” proqramının qonağı oldular.  Səadət Bayramova KİFYİBin “Kistoz Fibrozu Sən də tanı” layihəsi çərçivəsində  sozu gedən nadir genetik xəstəlik barəsində ətraflı melumatlar verib. “Sağlam yaşamaq” proqramında da KIFYIB sədri, eyni zamanda kistoz fibrozlu övladı olan ana olaraq xəstəliyin yaranma səbəbi, onun müayinə və müalicə prosesi barəsində ətraflı məlumat verib. KIFYIB sədri birliyin yaranmasına qədər keçilən yolun çətinlikləri, eləcə də birlik yarandıqdan sonra görülən işlərin mahiyyəti və məzmunu barədə tamaşaçılara məlumat verdi. Azərbaycanda kistoz fibrozun qeyri-müəyyən statistikasə və ictimaiyyətin xəstəlik barədə məlumatsız olmasını diqqətə çatdıraraq, KIFYIBin apardığı maarifləndirmə işlərindən və bu işlərin əhəmiyyətindən söhbət açdı. Kistoz fibrozlu körpələrin səsini bütün cəmiyyətimizə  çatdırmaq, onların müalicəsi və həyat şəraitini yaxşılaşdırmaq missiyası ilə yola çıxan Səadət Bayramova böyük əzm ve iradə ile apardıqları mübarizədən danışdı.

Səadət xanım “Kistoz fibrozlu xəstələrin aşkarlanmasında  diaqnostik üsulların ,skrininq (daban testi), tər testi ,genetik testin ödənişsiz olması vacib rol oynayacaqdır ona görə xüsusi layihələr hazırlanmalı , bölgələrdə  bir neçə reqionu özündə  birləşdirəcək Kistoz Fibroz Mərkəzlərinin yaradılmasına ehtiyac  vardır” demişdir.

 Proqramda iştirak edən pediatr Afaq Səfərova kistoz fibroz xəstəliyinin tibbi aspektleri barədə əsaslı məlumatlar verdi.Afaq xanım kistoz fibroz xəstəliyi,diaqnostikası , müalicəsi haqqında cəmiyyətimizə faydalı məlumat verərək  eyni xəstəliklə pasientlərin keyfiyyətli həyat yaşamaları üçün vacib müalicə üsullarının əl çatan olmasının vacibliyini xüsusilə vurğulamışdır.

X