“Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr”adlı tədbirin 1 günü keçirildi

21 Noyabr 2022 çi il tarixində “Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr”adlı tədbiriin rəsmi aciliş hissəsi kecirildi.

İki gün ərzində dörd hissədən ibarət olan tədbir Kistik Fibroz Xəstələrinə Yardım İçtimai birliyinin təskilatcılıği Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuşdur.

“Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr” tədbirinin rəsmi hissəsində dövlət qurumları, əlaqədar səhiyyə təşkilatları ,vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və İstanbul Marmara Pendik EAH.dan dəvət olunmuş həkim qrupunun iştirakı ilə keçirilmişdir.

Tədbiri çixis sözüylə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov açaraq geniş təqdimatla Kistoz Fibroz xəstəliyi haqqında həmçinin tədbirin keçirilməsində məqsədin xəstəlik haqqında fərqindeliyi artırmaq və tibb personalının maarifləndirilməsi olduğu barəsində tədbir iştirakçılarına məlumat verdi.

Kistik Fibroz Xəstələrinə Yardım İçtimai birliyinin sədri Səadət Bayramova tədbir iştirakçılarını salamlayaraq ictimai birliyin (KiFYİB)yaranma zərurəti və tarixçəsindən ,ölkəmizdə Kistoz Fibroz xəstələrinin əvvəlki illərlə müqayisəli vəziyyətindən ,əldə olunmuş nailiyyətlər :əlillik haqqlarının bərpası ,dərman təminatı həmçinin diaqnostika və müalicədə olan problemlərdən , geniş təqdimatla bəhs etdi . Çıxışın sonunda isə “Kistoz Fibrozluların sizə sözü var” adlanan video müraciəti tədbir iştirakçılarına nümayis etdirdi.

Tədbirə Türkiyə Marmara Universiteti Pendik EAH.dan dəvət olunmuş Professor Dr.Bulənt Karadag cixiş edərək çalişdiği xəstəxanada və rəhbəri olduğu Selim Cörəmən adına Kistoz Fibroz Mərkəzində

diaqnostikanın və müalicənin təşkilindən, Kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatının davamlılığı, yaranan problemlərin həlli yolları və əldə olunan nailiyyətlərin davamlılığından bəhs etmişdir.

“Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr” tədbirinin rəsmi hissəsinin sonunda tədbir iştirakçıları ilə müzakirəyə geniş yer verildi,iştirakçıların sual, rəy ,təklifləri dinlənildi ,sonda sagollaşaraq yekunlaşdı.

Məlumat üçün ki KiFYİB (Kistik Fibroz Xəstələrinə Yardım İçtimai birliyi) beş (5) ildir təsis olunub (29.09.2017) Təsis olunduğu vaxtdan Kistoz fibrozlu pasientlərin hüquqlarını müdafiə etməyə, həmçinin ictimaiyyət arasında maarifləndirmə işlərini aparmağı qarşisina məqsəd qoymuşdur.

X