“Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr” adlı tədbirin ikinci günu keçirilmişdir

22 Noyabr 2022ci il tarixində “Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr” adlı tədbirin ikinci günu 14:30-18:00 pulmonoloq,terapevt və reanimatoloqların iştirakı ilə keçirilmişdir .

Tədbiri giriş sözüylə Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin sədri Səadət Bayramova açmışdır,.

Səadət xanım tədbir istirakcilarıni salamlayaraq tədbir haqqında məlumat vermişdir , cixişınin sonunda “Kistoz Fibrozlularin sizə sözü var”adlı video çarxı numayiş etdirmisdir.

Tədbirin moderatoru anestezioloq Dr.Aynurə Əliyeva cixiş edərək Türkiyə Respublikasının Marmara Universiteti Pendik EAH.dan dəvət olunmuş həkimləri təqdim etmişdir.

Mühazirəçi həkimlər :

Bülent Karadag -Marmara Universiteti EAH.nın uşaq pulmonoloqu professor

Yaşamın Gokdemir- Marmara Universiteti EAH.nın uşaq pulmonoloqu professor

Aynur Quliyeva – Marmara Universiteti EAH.nın uşaq pulmonoloqu uzman

Mövzu :Kistoz Fibroz və Yetişkin xəstələr

Tədbir 14:30-18:00 arası vaxtı əhatə etmişdir,həkimlər geniş təqdimatla çıxış etmişdir .

Sonda tədbir iştirakçıları ilə müzakirəyə yer verilmişdir və tədbir sona çatmışdır.

X