5–7 mart 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində CF Europe (Kistoz Fibroz Avropa Federasiyası) tərəfindən təşkil olunan 13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransı – SEEC 2026 (Southeastern European Cystic Fibrosis Conference) keçirilmişdir.
Konfransda Azərbaycandan Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin (KİFYİB) nümayəndə heyəti də iştirak etmişdir.
Tədbir çərçivəsində həkim Erkin Rəhimov müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirak etdiyi sessiyada təqdimat etmiş, Azərbaycanda kistoz fibroz xəstələrinə göstərilən tibbi xidmət və mövcud vəziyyət barədə məlumat vermişdir.
Azərbaycan nümayəndə heyətinin ölkəmizdə kistoz fibroz sahəsində görülən işlərə dair təqdimatları konfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda konfransın bütün iştirakçıları kimi Azərbaycan nümayəndə heyətinə də iştirak sertifikatları təqdim olunmuşdur.
Belə beynəlxalq tədbirlər kistoz fibroz sahəsində təcrübə mübadiləsinin genişlənməsinə, regional əməkdaşlığın güclənməsinə və xəstələrin müalicə imkanlarının yaxşılaşdırılmasına mühüm töhfə verir.

