13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransında nümayəndələrimizin çıxışı

5–7 mart 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində CF Europe (Kistoz Fibroz Avropa Federasiyası) tərəfindən təşkil olunan 13-cü Cənub-Şərqi Avropa Kistoz Fibroz Konfransı – SEEC 2026 (Southeastern European Cystic Fibrosis Conference) keçirilmişdir.
Konfransın bir hissəsi olaraq 5 mart tarixində “Twinning and Patient Organisations” mövzusunda xüsusi workshop keçirilmişdir. Bu görüş pasiyent təşkilatları arasında təcrübə mübadiləsinin aparılması, mövcud problemlərin müzakirəsi və birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşımışdır.
Workshop zamanı Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova və təsisçi Aynur Hümbətova da çıxış etmişlər. Onların təqdimatlarında Azərbaycanda kistoz fibroz xəstələrinin və ailələrinin baxış bucağından mövcud qayğı sistemi, pasiyentlərin gündəlik qarşılaşdıqları çətinliklər, həmçinin müalicə və dəstək imkanları barədə məlumat verilmişdir.
Çıxışlarda eyni zamanda ölkədə kistoz fibroz sahəsində görülən işlər, pasiyent təşkilatının fəaliyyəti və gələcəkdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

X