22 Noyabr 2025 tarixində “Mən yaşamaq , nəfəs almaq ,ümid etmək istəyirəm” şuarıyla keçirilən konfransın video xülasəsini təqdim edirik. Bu konfrans ,ölkəmizdə nadir xəstəliklər üzrə ilk olaraq yaradılmış Nadir Xəstəliklər İttifaqının ictimaiyyətə təqdimatı məqsədilə keçirilmişdir. Konfransda səhiyyə üzrə dövlət qurumları nümayəndələri,vətəndaş cəmiyyəti nümayəndələri ,həkimlər ,ittifaqın idarə heyəti və üzv olan təşkilat rəhbərləri ,pasiyent və pasiyent ailələri ,media nümayəndələri iştirak etmişdir.
Konfransın ərsəyə gəlməsinə görə təşəkkür edirik:
Təsisçi və sədr Səadət Bayramova
Konfransın təşkilatçısı Kistik Fibroz Xəstələrinə Yardım İB və Nadir Xəstəlilər Təşkilatları İttifaqı
Moderator hörmətli Zülfiyyə Əliyeva
Sponsor dəstəyi Nutrien Azerbaycan
Yer Azərbaycan Milli QHT Forumunun konfrans zalı

