Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyi 2017-ci il 29 Sentyabrda təsis edilmişdir .
Birlik ölkəmizdə Kistoz fibroz xəstəliyinin tanıdılması yolunda bir çox işlər görmüş və görməyə də davam edən yeganə pasiyent təşkilatıdır. Bunlardan biri də ölkəmizdə həkim və tibb personalının maarifləndirilməsi, müalicənin təşkili, həmçinin əlaqədar qurumların iştirakı ilə ölkə xaricindən həkim qrupunun dəvət edilməsi və onların iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsidir .
Fəaliyyətimizin səkkizinci ilində 12 mart “Azərbaycanda Kistoz Fibroz Günü” mövzusunda ,Təbib- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatı dəstəyilə, konfrans keçirilməsi planlaşdırılmışdır.
Tədbirin keçirilməsində əsas məqsədlərdən biri Kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti,diaqnostik üsulların əlcatanlıgı , beynəlxalq təcrübə, müalicədə modulyatorların istifadəsində beynəlxalq təcrübə, həyati vacib dərman preparatları ilə təminatının davamlılığı, yaranan problemlərin həlli yollarını müzakirə etməkdir . Konfransda əlaqədar səhiyyə qurumları ,dövlət qurumları,həkimlər , vətəndaş cəmiyyəti institutlarının nümayəndələri,media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirin keçiriləcəyi tarix, yer və vaxt:
12 Mart .saat 09:00-13:00
Yer: Yeni Klinika
Tədbirə dəvət olunan qurum və təşkilatlar:
Səhiyyə Nazirliyi
Milli Məclisin Səhiyyə komitəsi
Təbib-Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Unicef Azerbaycan Nümayəndəliyi ÜST Azərbaycan Nümayəndəliyi