27.01.2021-ci il tarixində I Pasient təşkilatlarının Respublika Forumunda “Kistoz Fibroz Xəstələrinə Yardım” ictimai birliyinin (KİFYİB) sədri Bayramova Səadət kistoz fibrozlu uşaqların, onların ailələrinin səsin duyurdu. Səadət Bayramova KİFYİB-nin yaranması və fəaliyyəti haqqında Forum iştirakçılarına məlumat verdi. İctimai birliyin yaranmasına qədər olan proseslər, qarşılaşdığımız çətinliklər və ondan sonrakı fəaliyyət barədə təqdimat əsasında şərh etdi. Birlik sədri, kistoz fibrozlu bir ovladın anası olan S. Bayramova sözügedən xəstəlikdən əziyyət çəkən Azərbaycan övladlarının yaşam tərzləri, onların hər an yaşadıqları çətinliklər, dərman ehtiyaclarını dilə gətirdi. Ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən xəstələrin statistikasının olmamasının və eləcə də xəstəliyin diaqnostikasında yaşanan ciddi problemləri Forum iştirakçılarının diqqətinə çatdırdı. Kistoz fibrozlu xəstələrin xarici ölkələrd daha optimal həyat və müəlicə şəraitinin olmasını xəstəliyin həmin ölkələrdə daha geniş tanınması və bu xəstələrə ayrılan dövlət qayğısı ilə əlaqələndirdi.
S. Bayramova ölkəmizdə bilinən kistoz fibroz xəstələrinin KİFYİB-də bir ailə olaraq birləşməsini və onlara göstərilən qayğını, məhdud imkanlar çərçivəsində əldə olunan nailiyyətləri təqdim etdi.
Azərbaycanlı Kistoz fibrozluların səsin ölkəmizdə və dünyada duyurmaq üçün qısa zaman ərzində KİFYİB çox böyük işlərə imza atmış və qarşıda da bu prosesi davam etdirmək üçün mübarizə aparacaq. Çünki YAŞAMAQ KİSTOZ FİBROZLULARIN DA HAQQIDIR…!!! BİR UDUM NƏFƏS ÜÇÜN KİSTOZ FİBROZLULARIN YANINDA OLAQ şüarı ilə yola çıxan KİFYİB ailəsi öz üzərinə götürdüyü missiyasını yerinə yetirmək üçün dövlətimizdən və cəmiyyətimizin hər bir üzvündən dəstək gözləyir! Çünki kistoz fibrozlu xəstələr bu xalqın övladları və gələcəyidir!





