Bu gün KIFYIBin tarixi günlərindən biri ,bəlkə də bundan sonra yaşanacaq çox daha faydalı işlərin təməli olacaq bir gün yaşadıq.
Yeni Klinika da fəaliyyətə başlamış Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika Müayinə və Müalicə Mərkəzini Türkiyə Marmara EAH xəstəxanası Selim Çoremen adına Kistoz Fibroz Mərkəzinin həkimləri ziyarət etdilər.
Yeni Klinikanın direktoru Dr.Barat Yusubov cənablarına ,Dr. Əkbər Quliyev və bütün həkim kollektivinə yüksək səviyyədə qarşılama ,göstərdikləri diqqət və gözəl münasibətə görə təşəkkür edirik..İnanirıq ki qardaşlaşmış mərkəzlərimizin sıx əməkdaşlığı nəticəsində KF pasiyentləri daha sağlam və uzun ömürlü olacaqlar .Hər kəsə təşəkkürlər və uğurlar arzulayırıq.







