Hörmətli sayt izləyiciləri, 06.10.2025 ci il tarixində Kifyibin sədri Səadət Bayramova “Kistoz Fibroza Dair”elmi tibbi kitabımızın təhvil təslim işləriylə əlaqədar Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında olmusdur,kafedraya həkimlərin istifadəsi üçün kitablardan hədiyyə olunmuşdur.
Hörmətli professor,pediatriya kafedrasınin müdiri Dr.Rəqsanə Məmmədova ilə ,sonra isə pediatriya kafedrasınin dossenti Dr.Mətanət Qaraxanova ilə görüşmüşdür.
Mətanət xanımın tədrisi zamanı həkimlərlə kiçik də olsa görüşümüz baş tutdu “Sən də gəl , Sən də Tanı” layihəsi və layihə çərçivəsində ərsəyə gəlmiş “Kistoz Fibroza Dair ” kitabı haqqında və birliyimiz “Kifyib” haqqında ətraflı məlumat verdi .
Əksəriyyəti bölgələrdən olan həkimlərimiz çox maraqla dinlədilər ,kitablardan ədə etmiş oldular. Bu cürə görüşlər və maarifləndirici tədbirlər ,əyani vasitələr maariflənmədə böyük rol oynayır. Bu görüş əvvəlcədən planlaşdırılmamış olsa da çox uğurlu alındı .
Kitabımızı əldə edən bütün həkimlərimizə uğurlar arzulayırıq, ümidvarıq ki xəstələrin erkən aşkarlanmasında irəliləyişlər əldə olunacaq , bu işdə qarşımıza qoyduğumuz məqsədlərimizə çatacağıq.


