22 Noyabr 2023 cü il KIFYIBin tarixində vacib günlərdən biridir.

22 Noyabr 2023 cü il KIFYIBin tarixində vacib günlərdən biridir.Beləki KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi Fatimə Bayramova adına Kistoz Fibroz Mərkəzi ilə SB Marmara Üniversitesi Pendik Eğitim ve Araştırma Hastanesi Səlim Çorəmən adına Kistoz Fibroz Mərkəzinin “Qardaşlıq Günüdür” .

Həmin gününün əlamətdar olmasi eyni tarixdə Kifyib tərəfindən keçirilmiş”Kistoz Fibrozda Yeni Dövr ” tədbiri ilə əlaqədardır .Beləki Marmara EAH Uşaq Ağciyər Xəstəlikləri bölümü həmçinin Səlim Çorəmən adına Mərkəzin həkim qrupu- Prof. Dr. Bülent Karadağ və Prof.Dr.Yasemin Gökdemir Fatimə Bayramova adına Kistoz Fibroz Mərkəzini ziyarət etmişdirlər.

Beləliklə iki mərkəz arasında sıx əməkdaşlıq əlaqələri yaranmışdır.İnaniriq ki bundan sonra da əlaqələrin artırılması elmi araşdırmaların aparılmasında , diaqnostika,müayinə , müalicə sahəsində ,ən əsası Kistoz fibrozlu insanların həyatında ,sağlam yaşamasinda vacib rol oynayacaqdır .

Mərkəzlərin işində əməyi keçən hər kəsə təşəkkür edirik və işlərində uğurlar arzulayırıq.

Qeyd:Fatimə Bayramova adına Kistoz Fibroz Mərkəzi Yeni Klinika nın pediatriya şöbəsi daxilində fəaliyyət göstərir.

X