21 dekabr 2023 il tarixində Azərbaycanda fəaliyyət göstərən peşəkar Pasiyent Təşkilatlarının III Respublika Forumu öz işini uğurla başa çatdırmışdır.

21 dekabr 2023 il tarixində Azərbaycanda fəaliyyət göstərən peşəkar Pasiyent Təşkilatlarının III Respublika Forumu öz işini uğurla başa çatdırmışdır.

Forumun əsas müzakirə mövzuları şəkərli diabet, hemofiliya, talassemiya, leykemiya, donor qanının tədarükü, Kistoz Fibroz, parkinson, spinal əzələ atrofiyası və vərəm xəstəlikləri, eşitmə məhdudiyyətli pasiyentlərə koxlear implantasiya haqqında olmuşdur.

Forumda 150 nəfərdən çox iştirakçı arasında təcrübə mübadiləsi aparılmışdır.

Forumun açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov “ PASİYENT TƏŞKİLATLARI İTTİFAQININ MƏQSƏDİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ” haqqında çıxış etmişdir.

Forumda “Kistik Fibroz Xəstələrinə Yardım ” İctimai birliyinin sədri Səadət Bayramova

“KIFYIB 6 İL- DÖVLƏT SƏHİYYƏ QURUMLARI İLƏ ƏMƏKDAŞLIĞIN NƏTİCƏSİ, KİSTOZ FİBROZ-STANDART MÜALİCƏDƏN MODULYATOR MÜALİCƏSİNƏ DOĞRU” mövzusunda ,

“KİSTOZ FİBROZ XƏSTƏLİYİNDƏ VACİB MƏQAMLAR” mövzusunda isə

Yeni klinika Tibb Mərkəzinin pediatriya şöbəsinin müdiri Dr. Əkbər Quliyev eyni səhnəni bölüşərək təqdimat etmişdirlər.

Forumda dövlət müəssisələrində çalışan həkim mütəxəssislər və təşkilat rəhbərləri problemlər və gələcəyə olan perspektivlər haqqında ümumilikdə 10 mövzu üzərində 20 çıxış olmuşdur.

Çıxışlar və müzakirələr zamanı, bir çox sahələrdə Mərkəzlərin təkmilləşməsi üçün maddi texniki bazaya ehtiyac, dərman preparatlarına tələbat daha çox olduğu üçün pasiyentlərin müalicəyə əlçatanlığına məhdudiyyət olduğu, pasiyentlərin elektron sağlamlıq kartının yaradılmasının zəruriliyi bildirilmişdir.

Qeyd edək ki, III Respublika Forumunu müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış təşkilatları özündə birləşdirən Pasiyent Təşkilatları İttifaqı təşkil etmişdir. İttifaq il ərzində dövlət səhiyyə qurumları ilə birgə müxtəlif maarifləndirici və elmi konfranslar təşkil edir.

Pasiyent Təşkilatları İttifaqının məqsədi, dövlət səhiyyə qurumlarına dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində müasir yanaşmaları təbliğ etmək və ən əsası milli genofondumuzun sağlam olmağına nail olmaqdır.

X