12 Mart 2024 tarixində “Kistoz Fibroz Günü”nə həsr olunmuş tədbir keçirmişdir.

12 Mart 2024 tarixində “Kistik Fibroz Xəstələrinə Yardım”İctimai Birliyi Yeni Klinika Tibb Mərkəzinin təşkilatı dəstəyi ilə

“Kistoz Fibroz Günü”nə həsr olunmuş “Kistoz Fibroz Xəstələrinin poliklinika müşahidəsinin xüsusiyyətləri və müalicəyə yanaşma “mövzusunda tədbir keçirmişdir.

Tədbirə Təbibin Ana və Uşaq şöbəsinin müdiri Sevinc Məmmədova,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli xanım Veysova , Türkiyə Respublikası Marmara Pendik EAH.ın uşaq ağciyər xəstəlikləri söbəsi və S.Çörəmən adına Kistoz Fibroz Mərkəzinin rəhbəri Prof. Dr. Bülent Karadağ , pulmonoloq uzman.dr.Həsən Həsənzadə və yerli mütəxəssis həkimlər dəvət olunmuşdur.

Tədbiri giriş sözü ilə Yeni Klinikanin direktor müavini Gülnar xanım Nuriyeva açaraq tədbirin işinə uğurlar arzulamışdır.

Sonrasında Azərbaycan Pediatriya Cəmiyyətinin sədri ,ekspert pediatr Dr.Erkin Rəhimov ,

Yeni Klinika pediatriya şöbəsinin rəhbəri Dr.Əkbər Quliyev tədbirə öz ürək sözlərini söyləyərək uğurlu olmasını arzu etmişdirlər.

“Kistik Fibroz Xəstələrinə Yardım”İctimai birliyinin sədri Səadət Bayramova çıxış nitqi ilə 12 Mart Kistoz Fibroz Gününun tarixçəsi haqqında məlumat vermiş ,KF.un erkən diaqnostikası və müalicədə istifadə olunan dərman təminatının davamlı olmasının pasiyentlər üçün nə qədər həyati vacib olduğunu , çıxışının sonunda isə Kistoz Fibrozlu uşaqlar və onların ailələrinin tədbirə unvanladiğı video müraciəti numayiş etdirərək yaşanan çətinliklərə diqqət çəkmişdir ,sonda tədbrin işinə uğurlar diləmişdir .

Elmi hissəni prof.Dr.Bulənt Karadag giriş sözü ilə açaraq ,Kistoz Fibroz haqqında geniş , ətraflı və informativ təqdimatla çıxış etmişdir.

Birinci hissə çay fasiləsi ilə yekunlaşmışdır .

Tədbirin ikinci hissəsi öz işinə pulmonoloq uzman Dr.Həsən Həsənzadənin təqdimatı ilə başlamışdır.

Həsən doktor öz növbəsində xəstə hekayələrinə yer verərək maraqlı təqdimat etmişdir.

Tədbirin son saatı interaktiv keçdi.Dr.Bulənt Karadag və dr.Həsən Həsənzadə həkimləri maraqlandıran suallara ətraflı həm də faktiki xəstə hekayələridən bəhs edərək cavab verdilər.

Bununlada KİFYİB. Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi 12 Mart 2024 cu ildə “Kistoz Fibroz Günü” ndə növbəti faydalı bir tədbir həyata keçirərək ,öz tarixinə yadda qalan bir tədbiri də əlavə etmiş oldu .

Tədbirə qatılan bütün iştirakçılara təşəkkür edirik.

X